“Azərbaycan dünyada aparıcı ölkələr sırasındadır”   - Salim əl-Malik

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan dünyada aparıcı ölkələr sırasındadır” - Salim əl-Malik

Siyasət

13 Yanvar 2021 15:32 599


“Mən hər zaman Sizi əzmli, həqiqətən öz ölkəsi üçün mübarizə aparan, digərlərinə yol göstərən uzaqgörən liderlərdən biri kimi görmüşəm”.

Yenisabah.az xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

“Siz Qoşulmama Hərəkatının sədrisiniz. Sizin BMT Baş Assambleyasının sonuncu sessiyasındakı çıxışınıza istinad etmək istəyirəm, dediniz ki, Azərbaycan son 30 ildə 120-dən çox ölkəyə dəstək verib, çox sayda beynəlxalq forumlar təşkil edib. Bu, dünyaya böyük kömək deməkdir. Düşünürəm ki, bunun sayəsində Azərbaycan dünyada aparıcı ölkələr sırasındadır”, - Baş direktor bildirib./Report pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!