“Azərbaycan-Ermənistan sərhəddinin tam şəkildə nəzarətə götürülməsi lazımdır” - Ayvazyanın səfərinə   ŞƏRH

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan-Ermənistan sərhəddinin tam şəkildə nəzarətə götürülməsi lazımdır” - Ayvazyanın səfərinə ŞƏRH

Siyasət

05 Yanvar 2021 23:56 1093


"Müharibədən sonra Dağlıq Qarabağa Ermənistanın yeni müdafiə naziri gəldi, bu gün isə qonşu ölkənin xarici işlər naziri təşrif buyurdu, separatçı həmkarıyla Xankəndidə “əməkdaşlıq sazişi” imzaladı. Rusiyalı hərbçilər Laçın dəhlizini Ermənistanla erməni separatçılarının ixtiyarına veriblər. Bu gedişlə Ermənistanın baş naziri Nikol Paşinyan da yaxın günlərdə dəhliz üzərindən Xankəndiyə gələcək. Onun üçün bu səfər son dərəcə vacibdir. O erkən parlament seçkisinə qərar verib və Xankəndiyə gəlməklə cəmiyyətinə göstərməyə çalışacaq ki, “Dağlıq Qarabağ Respublikası” varlığını sürdürür və Ermənistanla əlaqələr möhkəmdir".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Ara Ayvazyanın Xankəndi səfərini şərh edərkən bildirib.

"Biz nə edəcəyik? Ermənistan müdafiə nazirinin Xankəndiyə gəlişinə reaksiya verilmədi, erməni xarici işlər nazirinin gəlişinə isə Azərbaycan Xarici İşlər Nazirliyinin uzun müddətdir susan mətbuat katibi açıqlama verdi və bu səfərin 10 noyabrda qəbul olunan bəyanata zidd olduğunu vurğuladı. Görünür, Paşinyanın səfəri üçün də oxşar açıqlama yayınlanacaq. Sezar pizza

Bizə dişsiz və qarşı tərəfin qulaqardına vurduğu açıqlamalar yox, Paşinyanın Azərbaycan torpaqlarına qanunsuz səfərinə mane olacaq real addımlar, o cümlədən Azərbaycan-Ermənistan sərhəddinin tam şəkildə nəzarətə götürülməsi lazımdır. Hakimiyyət bu haqda ciddi düşünməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!