Bir neçə gündür sosial şəbəkələrdə yayılan video, qısa zaman ərzində hər kəsin maraq dairəsinə düşüb.
Yenisabah.az xəbər ki, atanın çəkdiyi görüntülərdə Akif adlı oğlu Azərbaycan dilində filmlərin olmamasından şikayətlənərək ağlayıb.
Sosial şəbəkələrdə yayılan və qısa müddət ərzində böyük izləyici sayı toplayan bu görüntüləri görən “HOZU Cangüdən” filminin məşhur siması Məcid Hüseynov azyaşlıya böyük jest edib. Sezar pizza
O, azyaşlını və ailəsini “HOZU cangündən” filminə baxmağa dəvət edib:
“Əminin balası, diqqətlə qulaq as, Azərbaycan dilində “HOZU cangüdən” film var. 20 noyabr, yəni, həftənin bazar günü, saat 18:30-da, sizi ailəvi olaraq dəvət edirəm "Metropark"a. “HOZU cangüdən” filminin imza günü olacaq. Gəlin, birlikdə bu filmə baxaq. Sənin də 5 biletini əmi alacaq. Gözləyirəm”.
Qeyd edək ki, “HOZU cangüdən” filmini, “Park Cinema”, “Nizami Kinoteatrı”, “Aygün Mall”, “Park Bulvar” və “Metropark” kinoteatrlarında izləyə bilərsiniz.
Ətraflı video görüntüdə:
Telegram kanalımız