Azərbaycan kəşfiyyatı Şahramanyanı Şuşaya aparıb və... - YENİ DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan kəşfiyyatı Şahramanyanı Şuşaya aparıb və... - YENİ DETALLAR

Siyasət

31 Oktyabr 2023 19:42 4075


Qarabağda ləğv edilmiş qondarma rejimin keçmiş “nazir"lərindən olan Hayk Xanumyan diqqətçəkən iddia ilə çıxış edib.

Publika.az xəbər verir ki, separatçı əsas danışıqların Yevlaxda yox, Şuşada keçirildiyini deyib.

Onun iddiasına görə, Yevlaxda sadəcə görüntü idi, əsl proses Şuşada Şahramanyanla Azərbaycan xüsusi xidmət orqanları arasında baş verib. Sezar pizza

Bu iddia o qədər də təəccüblü deyil. Şahramanyan da antiterror tədbirləri zamanı Azərbaycanın mərkəzi hakimiyyətinin səlahiyyətli nümayənfəsi ilə təmas qurduğunu, Bakının tələblərini qəbul etdiyini açıqladı. İstisna deyil ki, bu təmaslar Şuşada qurulub və Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri separatçıların nə etməli olduqlarını diktə edib.

Şahramanyanın açıqlamasından da belə nəticə çıxır ki, ona konkret tələblər təqdim olunub, o da bu tələblərin hamısını yerinə yetirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!