“Azərbaycan nümayəndə heyəti AŞPA-nı tərk edəcək” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan nümayəndə heyəti AŞPA-nı tərk edəcək” - Deputat

Siyasət

23 Yanvar 2024 23:43 803


Fransanın AŞPA-ya təsir imkanları genişdir. Fransa Senatının deputatları ermənilərə görə özlərini aşağılanmış hiss edir. Buna görə də Azərbaycandan ermənilərin heyfini çıxırlar.

Yenisabah.az xəbər verir ki, bunu Axar.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyov AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırması və etimadnaməsinin təsdiqini mübahisələndirməsi haqda danışarkən deyib.

R.Musabəyov qeyd edib ki, Monitorinq Komitəsi ədalətsiz qərar qəbul edərsə, Azərbaycanın nümayəndə heyəti AŞPA-nı tərk edəcək. Toyuqlu pizza

Qeyd edək ki, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Təklifi almaniyalı deputat Frank Şvabe verib və digər parlamentarilər tərəfindən dəstəklənib. Təklif qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!