Azərbaycan Ordusuna Yardım Fondu yaradılır -   Fərman

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ordusuna Yardım Fondu yaradılır - Fərman

Siyasət

08 Dekabr 2020 14:09 907


Prezident İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, Fərmana əsasən Azərbaycan Ordusuna Yardım Fondu yaradılır.

“Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilir. Toyuqlu pizza

“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 475) ləğv edilir.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!