Azərbaycan ordusunun ilk hərbi hissəsinin komandiri vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ordusunun ilk hərbi hissəsinin komandiri vəfat etdi

Sosial

11 Noyabr 2024 13:40 1557


1991-ci ildə yaradılan Azərbaycanın ilk hərbi hissəsi olan 701 saylı hərbi hissənin komandiri olmuş veteran hərbçi Valeh Rəfiyev vəfat edib.

Ehtiyatda olan polkovnik-leytenant xəstəlik səbəbindən dünyasını dəyişib. O bu gün Qax rayonunun Qarabaldır kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, 701 saylı hissə 1991-ci il oktyabrın 9-da Şıx qəsəbəsində Sovet ordusuna məxsus 18110 saylı hərbi hissədə yaradılıb. Dördpendirli pizza

Valeh Rəfiyevin rəhbərliyi altında fəaliyyət göstərən briqada könüllülərdən təşkil edilib və Daşaltı əməliyyatında, Şuşanın kəndlərinin, Xocalının, Kəlbəcərin müdafiəsində, 1992-ci ilin uğurlu yay kampaniyasında, eləcə də 1994-cü ildə Füzuli və Murovdağ istiqamətindəki hücum əməliyyatlarında iştirak edib.

1993-cü ilin aprelində Kəlbəcər işğal edilərkən bu hərbi hissənin qüvvələri dağınıq şəkildə rayonu tərk etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!