Azərbaycan pandemiya dövrünün təhlükəsiz ölkələri siyahısında neçənci yerdədir?   - REYTİNQ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan pandemiya dövrünün təhlükəsiz ölkələri siyahısında neçənci yerdədir? - REYTİNQ

Sosial

08 Sentyabr 2020 15:25 623


“Deep Knowledge Group” təşkilatı koronavirusla bağlı dünyanın ən təhlükəsiz ölkələrinin siyahısını hazırlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

100 ölkəni əhatə edən araşdırmanın müəllifləri bildirirlər ki, reytinq bir sıra tibbi, iqtisadi və siyasi aspektlər nəzərə alınaraq tərtib edilib. Dördpendirli pizza

Azərbaycan siyahıda 59-cu yeri tutub.

Qonşu Türkiyə 36-cı, Gürcüstan 40-cı, Rusiya 45-ci, Ermənistan isə 73-cü yerdə qərarlaşıb.

Ən təhlükəsiz beş ölkə Almaniya, Yeni Zelandiya, Cənubi Koreya, İsveçrə və Yaponiya hesab olunub. Ən çətin vəziyyət isə Somalilend, Cənubi Sudan, Əfqanıstan və Malidədir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!