Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili qatarlarda test rejimində ödənişsiz “Wi-Fi” xidmətini tətbiqinə başlayır.
Yenisabah.az xəbər verir ki, pilot layihə çərivəsində ilkin olaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində bu xidmət istifadəyə veriləcək.
Mərhələli şəkildə “Wi-Fi” bağlantısı ölkədaxili istiqamətlərdə xidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim ediləcək. Dominos pizza
Telegram kanalımız