Azərbaycan səmasında Ayın ətrafında nəhəng dairə müşahidə olundu - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan səmasında Ayın ətrafında nəhəng dairə müşahidə olundu - FOTO

Hadisə

05 Yanvar 2023 08:44 1233


Biləsuvar və Cəlilabad rayonlarında Ayın ətrafında nəhəng dairə müşahidə olunub.

“Report”un Muğan bürosunun məlumatına görə, bu, halo dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir.

Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, Traposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir. pizza

Biləsuvar və Cəlilabadda bu təbiət hadisəsi axşam saatlarından müşahidə olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!