Azərbaycan sərhədi pozuldu - İran vətəndaşları saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan sərhədi pozuldu - İran vətəndaşları saxlanıldı

Kriminal

27 Fevral 2024 14:10 980


Dövlət Sərhəd Хidmətinin (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri Azərbaycanın dəniz sərhədini pozan şəxsləri saxlayıb.

Yenisabah.az xəbər verir ki, “Şahdağ” sərhəd gözətçi gəmisi Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkar edib.

Sərhəd gözətçi gəmisinin sürətli manevrləri nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin cənub istiqamətində Kürdili adası reydində “Yamaha-200” mühərriki ilə təchiz edilmiş iki nəfər heyət üzvü olan itisürətli qayıq saxlanılıb. Sezar pizza

Dəniz sərhədini pozduqlarına görə saxlanılmış qayığın heyət üzvlərinin İran İslam Respublikası vətəndaşları, Yusifinecat Mehran Tağı oğlu və Şəhram Mahmudi Qafur oğlu olduqları müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!