Azərbaycan Texniki Universitetinin sabiq prorektoru vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Texniki Universitetinin sabiq prorektoru vəfat etdi

Sosial

25 Sentyabr 2020 18:20 1619


Azərbaycan Texniki Universitetinin (AzTU) Elm və texnika üzrə sabiq prorektoru Zərifə İsgəndərzadə 85 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı AzTU məlumat yayıb.

Z.İsgəndərzadə 1959-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Sezar pizza

1995-2000-ci illərdə AzTU-nun Elm və texnika üzrə prorektoru vəzifəsində işləyib.

30 il ərzində (1980-ci ildən 2010-cu ilə kimi) AzTU-nun Yarımkeçiricilər və dielektriklər, Mikroelektronika və tətbiqi fizika və Elektronika kafedralarına rəhbərlik edib. 2010-2017-ci illərdə fəaliyyətini Elektronika kafedrasının professoru kimi davam etdirib.

Z.İsgəndərzadə Azərbaycanın fizika-riyaziyyat üzrə ilk qadın professorudur.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!