Azərbaycan torpağına iddia edən PKK-çı həbs edildi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan torpağına iddia edən PKK-çı həbs edildi 

Dünya

09 Aprel 2024 13:32 762


Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində PKK terror təşkilatına simpatiyası və Azərbaycan torpaqlarına ərazi iddiası ilə tanınan media fəalı həbs edilib. 

Axar.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat yayıb. 

Bildirilib ki, "Urmiya24" sosial media kanalının admini olan Rəsul Gəlleban təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.  Dördpendirli pizza

Qeyd edək ki, adıçəkilən sosial media kanalı kürdlərin Qərbi Azərbaycan əyalətinə torpaq iddialarının yayılmasında fəal olub. 

Bir sıra media fəalları Rəsul Gəlləbanın təhlükəsizlik qüvvələri ilə əlaqəli işlədiyi və məqsədli şəkildə azərbaycanlılarla kürdlər arasında münaqişəni qızışdırdığını yazıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!