Azərbaycan Türkiyəyə başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Siyasət

13 Yanvar 2024 09:00 502


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə “Yeni Sabah”a Azərbaycanın Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Başsağlığıda deyilir: “Cari ilin 12 yanvar tarixində, Pençe-Kilit antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi. pizza sifarişi

Sizin acınız bizim də acımızdır.

Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!