“Azərbaycan üçün nəinki AŞPA heç bir əhəmiyyət kəsb etmir” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan üçün nəinki AŞPA heç bir əhəmiyyət kəsb etmir” - Vüqar Rəhimzadə

Siyasət

25 Yanvar 2024 19:06 564


Azərbaycan daim dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə olub. Lakin tarixi Zəfərimizdən və suverenliyimizin tam təmin olunmasından ötən dövr ərzində bu yanaşmanın daha açıq müstəviyə keçdiyi diqqətdən kənarda qalmır. Demokratik prinsiplərin inkişafına xidmət etməli olan, əsl həqiqətdə isə bu və ya digər dairələrin əlində təzyiq alətinə çevrilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkəmizlə bağlı son addımı birmənalı qarşılanmamaqla yanaşı, Azərbaycana qarşı qərəzin son həddə çatdığını bir daha ortaya qoydu. Belə ki, bu beynəlxalq qurumda təklif olunub ki, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırılsın. Bu təşəbbüsün müəllifi Sosialistlər siyasi qrupunun  rəhbəri, almaniyalı deputat Frank Şvabedir və həmin təşəbbüs təsdiqlənmişdir.  

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, qurum bu addımını müxtəlif səbəblərlə əsaslandırmağa çalışsa da əsas səbəb Azərbaycanın tarixi Zəfərini, Ermənistanın məğlubiyyətini həzm edə bilməməsidir. Sual olunur: 23 illik üzvlük Azərbaycana nə verdi? Keçilən yola qısa nəzər salsaq  Avropa Şurasının zaman-zaman Azərbaycana qarşı qərəzli yanaşma sərgilədiyini görərik. Bir müddət əvvəl saxta “siyasi məhbus” məsələsini siyasi alverə çevirməklə ölkəmizə qarşı bir təzyiq vasitəsi kimi gündəmdə dayanırdı. pizza sifarişi

Təbii ki, hər hansı bir quruma üzv qəbul olunarkən əməkdaşlıq üçün qarşılıqlı öhdəliklər olur. 2001-ci ildən ötən 23 ildə Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunarkən götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirib. Bəs, AŞPA necə üzərinə düşən öhdəlikləri yerinə yetiribmi? Qətiyyətlə və birmənalı şəkildə deyə bilərik ki, yox!

Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. Hazırda ölkəmiz 7 fevral tarixində keçiriləcək prezident seçkiləri ərəfəsindədir. Seçkilərin demokratikliyini təmin etmək üçün zəruri olan bütün addımlar atılır. Bu mühüm məqam da xüsusi qeyd edilməlidir ki,  seçkilərin azad, demokratik, beynəlxalq  standartlara uyğun keçirilməsini təmin edən Seçki Məcəlləsi qəbul olunarkən Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası,  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə müzakirələr aparılaraq ümumi rəyə gəlinmişdi. Azərbaycan demokratik təsistaların inkişafı istiqamətində atdığı addımlarda beynəlxalq təcrübəyə əsaslanır və yeniliyə, təkmilləşməyə maraq göstərir.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin bu addımı artıq əksər dünya güclərinin açıq müstəviyə keçən ikili standartlara əsaslanan siyasətinə ciddi etiraz və mesajdır. Azərbaycana qarşı qarayaxma kampaniyasının  bir mərkəzdən koordinasiya olunması inkaredilməzdir. Son hadisələrə qısa nəzər salmaqla  bunu bir daha təsdiqləyə bilərik. ABŞ Dövlət Departamentinin dünya ölkələrində  insan hüquqlarına dair vəziyyətlə bağlı hesabatı, ABŞ Konqresinin ədalətsiz  907-ci düzəlişin  fəaliyyətinin bərpası  məsələsini   qabartması, Fransanın tarixi Zəfərimizdən sonra  səngiməyən qərəzli kampaniyaları və simasızlığı, bunun tərkib hissəsi olaraq bu günlərdə Fransa Senatının qəbul etdiyi qondarma qətnamə, Avropa Parlamentinin ölkəmizdə keçiriləcək prezident seçkilərinə nümayəndə heyəti göndərməkdən imtina etməsi, Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin utanmadan Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham etməsi və sair kimi ikili standartlardan irəli gələn addımları... Atılan belə addımların, qəbul olunan qərarların və qətnamələrin Azərbaycan üçün heç bir önəmi yoxdur. AŞPA-nın  hazırkı qərarının  insan hüquqları ilə  heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz ərazi bütövlüyünü və suverenliyini  təmin etmiş Azərbaycana qarşı birmənalı şəkildə qərəz və ədalətsizlikdir.  Azərbaycan üçün nəinki AŞPA-da  səsinin dondurulması, bu qurumun özü belə  bir əhəmiyyət kəsb etmir. Təbii ki, işğalçı ilə  işğala məruz qalan dövləti eyni vaxtda üzv qəbul edən bir qurumdan ədalət gözləmək sadəlövhlük olardı. Azərbaycan 23 ildə daim bu ədalətsizliyin, qərəzli yanaşmanın şahidi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!