Azərbaycan və Ermənistan rəsmiləri yenidən görüşəcək 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Ermənistan rəsmiləri yenidən görüşəcək 

Siyasət

27 Yanvar 2024 14:05 358


Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya komissiyalarının növbəti görüşünün yaxın günlərdə yenidən baş tutması gözlənilir. 

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. 

Nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında postmünaqişə ilə bağlı önəmli komponentlərdən biri də iki ölkə arasında olan dövlət sərhədinin müəyyənləşdirilməsi məsələsidir.  Dominos pizza

Ötən ilin sonunda iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətinin sərhəddə görüşünün keçirildiyini xatırladan Ceyhun Bayramov qeyd edib ki, belə bir görüşün yaxın günlərdə yenidən baş tutması nəzərdə tutulur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!