Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başladı

Siyasət

07 Aprel 2021 18:38 697


Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin birgə illik planına əsasən hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayıb.

Yenisabah.az xəbər verir ki, ölkəmizdə təşkil olunan təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir. Dördpendirli pizza

Təlimlər aprelin 9-da başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!