Azərbaycan xüsusi dronlar alır - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan xüsusi dronlar alır - RƏSMİ

Sosial

06 Yanvar 2021 09:06 1413


Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) işğaldan azad olunmuş torpaqlarımızın təmizlənməsi üçün yeni texnikanın alınmasını planlaşdırır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov məlumat verib. Yaxın günlərdə ölkəmizə mexaniki "Bojena" maşınları, eləcə də xüsusi dronlar - pilotsuz uçan aparatlar gətiriləcək.

"Bizdə beşinci nəsil "Bojena"lardan istifadə olunur. İndi daha müasir analoqunu almağı planlaşdırırıq. Eləcə də dronları yoxlamadan keçiririk. İlkin nəticədən razı qalmışıq. Ancaq hələ əməliyyatlara cəlb etməmişik. Dronun istehsalçılarına müraciət edərək bəzi parametrləri əlavə etmələrini istəmişik", - İsmayılov deyib. Dominos pizza

PUA-lar ərazinin daha düzgün coğrafi koordinatlarını almağa və axtarış işlərini asanlaşdırmağa imkan verir.

Bununla yanaşı, ANAMA əməkdaş sıralarını da genişləndirib, istehkamçıların sayı 400-dən 600-ə çatdırılıb.

Ancaq təşkilat bununla kifayətlənmək niyyətində deyil, çünki yaxın bir neçə il ərzində respublikanın bütün işğaldan azad olunmuş ərazilərini minalardan təmizləməlidir. / "Sputnik Azərbaycan"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!