Azərbaycan XXI əsrin müharibəsini apardı -   İşğalçı dövlətə bir daha layiq olduğu yer göstərildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XXI əsrin müharibəsini apardı - İşğalçı dövlətə bir daha layiq olduğu yer göstərildi

Siyasət

21 Mart 2021 18:59 874


“2021-ci ilin Novruz bayramı çağdaş tariximizə hec zaman unudulmayacaq, gələcək nəsillər tərəfindən əsrlər boyu fəxrlə, qürurla oxunacaq şanlı bir səhifə kimi yazılacaq. Möhtərəm Prezidentimizin Azərbaycan xalqına builki Novruz təbriki fərqli məkandan- 28 il gözü yolda qalan, bu müddətdə əzəli sahibinə qayıdacağına ümidini bir an belə itirməyən və ötən il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin hərb tarixində görünməmiş qəhrəmanlığı sayəsində öz ülvi arzusuna qovuşan Şuşadan, Cıdır düzündən ünvanlandı. Dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın xalqımızın ən əziz bayramı günündə bu müqəddəs məkanda Novruz tonqalını alovlandırmaları bir daha milli qürurumuzun, tarixi ədalətin bərpasının dünyaya təqdimatı oldu. 30 ilə yaxın dövrdə Novruz bayramı təbriklərinin əsas mahiyyətini təşkil edən “Növbəti bayramı işğaldan azad edilmiş torpaqlarımızda qeyd edək, tonqallar qalayaq” kimi arzularımız nəhayət reallığa çevrildi, bu günlər qalib ölkənin qalib vətəndaşı kimi milli bayramımız olan Novruzu, baharın gəlişini ilk dəfə xoş ovqatla, sevinc hissi ilə qeyd edirik. Məhz əziz bayram ərəfəsində bu xoşbəxt anları bizə yaşatdıqlarına, vaxtilə itirilmiş milli qürurumuzu özümüzə qaytardıqlarına görə harada yaşamasından, siyasi baxışlarından, əqidəsindən asılı olmayaraq hər bir azərbaycanlı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdardır.”

Yenisabah.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, son 17 ildə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qarşıya qoyduğu və xüsusi prinsipiallıqla, qətiyyətlə həllinə doğru inamla irəlilədiyi əsas məsələ torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası olub. Bunun üçün güc toplamaq, bütün istiqamətlər üzrə hazırlıq işləri görmək lazım idi. Azərbaycan ötən dövrdə həm gücləndi, həm də münaqişənin həlli üçün möhkəm hüquqi baza yaratdı. Dördpendirli pizza

Azərbaycanın tarixi Qələbəsini şərtləndirən amillərdən geniş bəhs edən baş redaktor bildirib ki, bunlardan biri də gənclərimizin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunması, onların hər birinin qəlbində dərin kök atmış torpaq, Vətən sevgisidir: “Bu gənclər Azərbaycan xalqının qalib Lideri İlham Əliyev idarəçiliyinin yetirmələridir. Heç də təsadüfi deyildir ki, Azərbaycan gəncləri torpaqlarımızı işğaldan azad etmək üçün hər zaman möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “hücum!” əmrini gözləyiblər. Çağdaş tariximizə Zəfər Gününü yazan İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı olan üçtərəfli Bəyanatın imzalanması ilə başa çatan qalibiyyət yürüşümüz məhz gənclərin Vətən sevgisinin, bu müqəddəs amala söykənən birliyimizin, həmrəyliyimizin nümayişi oldu. Möhtərəm Prezidentimiz Şuşadan xalqa müraciətində də bu məqamı xüsusi vurğulayır ki, bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti, payı var. Amma torpaqlarımızın yağı düşməndən təmizlənməsində əsas yükü, vəzifəni gənc nəsil yerinə yetirdi.”

İkinci Qarabağ müharibəsinin dünyanın hərb tarixinə yeni səhifə yazdığını bildirən V.Rəhimzadə qeyd edib ki, 44 günlük Vətən müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir: “Azərbaycan XXI əsrin müharibəsini apardı. Ermənilərin illərdir formalaşdırdıqları “güclü erməni ordusu” mifi dağıdıldı, Ermənistan diz çökdü. Novruz bayramını Cıdır düzündə qeyd edən dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük qürur hissi ilə “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” söyləməklə bir daha işğalçı dövlətə layiq olduğu yerini göstərdi.”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!