Azərbaycana 15 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana 15 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

Kriminal

08 Avqust 2023 13:15 1984


Azərbaycana 15 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Avqustun 6-da saat Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Pepperoni pizza

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15 kiloqram 195 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!