Ölkəyə 29 kiloqram narkotik maddə gətirən“balıqçı” saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi Neftçala rayonunda əməliyyat keçirib.
Balıqçılıq fəaliyyəti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş rayon sakini, 1979-cu il təvəllüdlü Rəşad Nağıyev saxlanılıb. Pepperoni pizza
Həmin şəxsin üzərindən və yaşadığı evdən ümumilikdə 29 kiloqram, o cümlədən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 28 kiloqramdan artıq qurudulmuş marixuana və 1 kiloqram tiryək aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız