Azərbaycana gələn bu şəxslərə viza pulsuz veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana gələn bu şəxslərə viza pulsuz veriləcək

Sosial

04 Noyabr 2024 16:28 494


Azərbaycan Hökuməti UNFCCC Onlayn Qeydiyyat Sistemi (onlinereg.unfccc.int/onlinereg) vasitəsilə COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün pulsuz “COP29 Xüsusi Viza”nı tətbiq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

“COP29 Xüsusi Viza” qeydiyyatdan keçmiş iştirakçılara göndərilən UNFCCC qeydiyyatı təsdiq edən elektron məktubda verilmiş viza linki və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə edilə bilər. İştirakçı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına “COP29 Xüsusi Viza” üçün müraciət etmək qərarına gələrsə, UNFCCC qeydiyyatını təsdiq edən e-poçt səyahət üçün əsas təsdiqedici sənəd hesab ediləcək. “COP29 Xüsusi Viza” sahibinə birdəfəlik səfər etmək və Azərbaycan Respublikası ərazisində 30 günə qədər qalmaq imkanı verir", - məlumatda bildirilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!