Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Yenisabah.az xəbər verir ki, hadisə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.
28 kiloqram 118 qram narkotik vasitənin İrandan Azərbaycana Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Toyuqlu pizza
Martın 25-də sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 22 kiloqram 400 qram narkotik vasitə marixuana və 490 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Aprel ayının 6-da dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin şübhəli hərəkəti müşahidə edilib.
Dövlət sərhədindən ümumi çəkisi 5 kiloqram 718 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirməyə cəhd göstərən Ağdaş rayon sakinləri – 1993-cü il təvəllüdlü Baxşalı Baxşəliyev və 1996-cı il təvəllüdlü İlqar Kərimov saxlanılıblar.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Telegram kanalımız