Azərbaycana narkotik nəqli: Sərhəddə 2 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana narkotik nəqli: Sərhəddə 2 nəfər saxlanıldı

Kriminal

19 Aprel 2025 12:18 344


Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

Yenisabah.az xəbər verir ki, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sahibsiz halda 10-ER-545 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı nəqliyyyat vasitəsi aşkar edilib.

Əllərində bağlama ilə avtomobilə yaxınlaşan Ağdam rayon sakinləri – 1989-cu il təvəllüdlü Taleh Məmmədov və 1991-ci il təvəllüdlü Əhəd İsmayılov saxlanılıb. Sezar pizza

Bağlamaya baxış zamanı ümumi çəkisi 5 kiloqram 800 qram narkotik vasitə marixuana götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!