Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Paylaşımda 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyi qeyd edilib. Dördpendirli pizza
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Report"a bildirilib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.
"Sözügedən şəxslərin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nigahın məsuliyyəti barədə məlumat verilib", - deyə məlumatda qeyd edilib.
Telegram kanalımız