Azərbaycanda 15 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən 50 yaşlı ataya bu cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 15 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən 50 yaşlı ataya bu cəza verildi

Kriminal

11 Mart 2025 12:07 629


Şəkidə 15 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər edən ata hakim qarşısına çıxarılıb. O, içkili vəziyyətdə qızına qarşı əxlaqsız hərəkətlər edirmiş.

Musavat.com xəbər verir ki, 1974-cü il təvəllüdlü A.Qarayev (ad şərtidir) 16 yaşına çatmayan qızına qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib. Onun sonuncu hərəkətindən arvadı xəbər tutub və bu barədə polisə məlumat verib.

A.Qarayev dindirilən zaman psixi problemlərinin olduğunu, bəzi hərəkətlərinin qarşısını ala bilmədiyini deyib. Toyuqlu pizza

Zərərçəkmiş qız ifadə verən zaman atasının içkili vəziyyətdə ona qarşı seksual xarakterli hərəkətlər etdiyini deyib. Bildirib ki, atasından şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini tələb edir. Qızın anası da A.Qarayevə cəza verilməsini tələb edib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 153.4.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilən A.Qarayev 7 il müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!