Qusarda 20 yaşlı oğlan göldə batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenisabah.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlunun batması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Səlimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. pizza
Telegram kanalımız