Azərbaycanda 46 yaşlı departament direktoru ali məktəbə qəbul olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 46 yaşlı departament direktoru ali məktəbə qəbul olundu

Sosial

24 Sentyabr 2020 12:09 862


Bu il Bakı Ali Neft Məktəbinə Biznesin idarəedilməsi (MBA) proqramı üzrə qəbul olan 50 tələbədən biri 46 yaşlı Sarxan Mikayılovdur. 

Yenisabah.az bildirir ki, bu barədə universitet məlumat yayıb.

Məlumata görə, 1974-cü il təvəllüdlü Sarxan Mikayılov tələbə yoldaşlarının hamısından yaşca böyükdür. 24 il sonra yenidən təhsil almaq istəyinə səbəb çox sürətlə inkişaf edən elmi texniki tərəqqi və daimi dəyişən dünya reallıqları ilə ayaqlaşmaq istəyidir. O hesab edir ki, müasir insan yaşından asılı olmayaraq, öz üzərində işləməli, biliklərini təkmilləşdirməli, lazım gəldikdə yeni biliklərə yiyələnməkdən çəkinməməlidir. Marqarita pizza

1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsini qırmızı diplomla bitirən S.Mikayılov hazırda sığorta şirkətlərinin birində Aktuar departamentin direktoru – Məsul aktuari vəzifəsində çalışır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!