Azərbaycanda ana doğuşdan sonra öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ana doğuşdan sonra öldü

Hadisə

09 İyul 2022 10:50 961


Bərdə rayonunda ana doğuşdan sonra ölüb.

Yenisabah.az report-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən Tərtər rayonu Əskipara kənd sakini, 24 yaşlı Əsədova Sahilə Natiq qızı qeysəriyyə əməliyyatından bir neçə gün sonra dünyasını dəyişib. Dominos pizza

O, iyulun 5-də uşaq dünyaya gətirmək üçün xəstəxanaya müraciət edib. S.Əsədova qeysəriyyə əməliyyatından sonra böyrək çatışmamazlığı diaqnozu ilə xəstəxanada saxlanılıb. O, ötən gün xəstəxanada dünyasını dəyişib.

Xəstəxanadan bildirilib ki, S.Əsədovanın dünyaya gətirdiyi körpənin durumu yaxşıdır, səhhətində heç bir problem yoxdur.

Bu S.Əsədovanın ikinci hamiləliyi olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!