Azərbaycanda ata 33 yaşlı oğlunu öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ata 33 yaşlı oğlunu öldürdü

Kriminal

06 Sentyabr 2023 10:49 1010


Oğlunu qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. 

Bu barədə Yenisabah.az-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib. 

Belə ki, aprelin 8-də Yasamal rayonu ərazisində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Pepperoni pizza

İbtidai istintaqla 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafilova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ramiz İsrafilova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!