Azərbaycanda bayraqlar yarıyacan endirildi - Matəm günüdür

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bayraqlar yarıyacan endirildi - Matəm günüdür

Sosial

26 Dekabr 2024 10:00 559


Prezident İlham Əliyevin sərəncamı ilə bu gün Azərbaycan Respublikası ərazisində 1 günlük matəm elan olunub.

Yenisabah.az xəbər verir ki, matəmlə əlaqədar ölkə ərazisində bayraqlar yarıya qədər endirilib.

Dekabrın 25-də Bakı-Qroznı aviareysini həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer” sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Toyuqlu pizza

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eləcə də təyyarə qəzasının səbəblərinin yerində araşdırılması üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini və digər şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Aktauya yola düşüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!