Azərbaycanda bu ilin sonunadək 5 yeni reabilitasiya müəssisəsi açılacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu ilin sonunadək 5 yeni reabilitasiya müəssisəsi açılacaq

Sosial

29 Avqust 2020 15:14 760


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi üçün aparılan işlər davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, nazirlik tərəfindən bu ilin sonunadək Sumqayıt və Şirvan şəhərlərində müasir tələblərə uyğun qurulmuş Reabilitasiya Müəssisələrinin açılması nəzərdə tutulub. Bakının Xəzər rayonunda Müalicə Pansionatı da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.

Uşaq bərpa müəssisələri şəbəkəsinin regionlar üzrə genişləndirilməsinə də başlanılıb. Bu məqsədlə Nazirlik Qəbələ və Şəmkir rayonlarında inşa etdirdiyi uşaq reabilitasiya mərkəzlərinin bu ilin sonuna açılmasını planlaşdırılır. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!