Azərbaycanda bu qadağanın müddəti UZADILDI - Noyabradək...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu qadağanın müddəti UZADILDI - Noyabradək...

Sosial

01 Sentyabr 2020 14:29 1767


Nazirlər Kabineti “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” 2020-ci il 14 fevral tarixli  42 nömrəli qərarında dəyişiklik edib. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair müddət noyabrın 1-dək uzadılıb.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!