Azərbaycanda bu sahələrdə də maaşlar artırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu sahələrdə də maaşlar artırılacaq

Sosial

07 Yanvar 2025 17:21 27457


Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılması ilə bağlı Prezidenti sərəncamı əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq etdi.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib. O, bildirib ki, bu, eyni zamanda il ərzində sosial paketin daha da dərinləşəcəyindən xəbər verir:

“Minimum əmək haqqı artımından sonra daha çox sektorlarda maaş artımlarının olacağı gözlənilir. Son sərəncamın əhatə dairəsinin geniş olması bunu bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edəcək beşinci sosial paketin maliyyələşməsinə əlavə olaraq 1.6 milyard manatın ayrılacağı gözlənilir. Bütövlükdə, bu il ərzində dövlət büdcəsindən sosial sahəyə 16.9 milyard manat ayrılacaq”. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!