Ötən il müəyyən edilmiş 94 (-1) insan alveri qurbanından (93 qadın, 1 kişi) 93-ü Azərbaycan vətəndaşı, biri əcnəbi olub (Nigeriya Federativ Respublikasının vətəndaşını öz həmyerlisi Azərbaycanda istismar edib).
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə hesabatında bildirilir.
Onlardan 82-i cinsi istismar məqsədilə Türkiyəyə, 1-i İrana aparılıb, 9-u ölkə daxilində cinsi istismara, 2-i isə məcburi əməyə məruz qalıb. Pepperoni pizza
Qurbanlardan 6-ı uşaq (hamısı qadın, cinsi istismar), 16-ı 18-25 və 41-i 25-35 yaş arası, 31-i 35-dən yuxarı yaş həddində olub.
Telegram kanalımız