Azərbaycanda dəm qazından boğularaq vəfat edən polislərin   FOTOLARI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəm qazından boğularaq vəfat edən polislərin FOTOLARI

Hadisə

09 Yanvar 2023 22:24 1108


Siyəzəndə dəm qazından dünyasını dəyişən polis əməkdaşları bu gün Sumqayıtda və Binəqədi rayonunda dəfn edilib. 

Yenisabah.az xəbər verir ki, Siyəzən rayon polis şöbəsinin sahə polis rəisləri, 36 yaşlı Faiq İskəndərov və 35 yaşlı Elmir Əsgərovun meyiti Bakıda mərkəzi tibbi ekspertizadan sonra ailələrinə təhvil verilib və onlar son mənzilə yola salınıblar.

Qeyd edək ki, polis leytenantları yanvarın 8-dən 9-a keçən gecə Siyəzən şəhərində kirayədə yaşadıqları evdə dəm qazından boğulub ölüblər. Pepperoni pizza

Onlar bu gün səhər Siyəzən polis şöbəsində keçirilən sıra baxışına gəlmədikləri üçün onlara zəng olunub. Cavab vermədikləri təqdirdə hasardan keçməklə içəri daxil olan iş yoldaşları onları ölü vəziyyətdə görüb.

Hadisəyə evdəki qaz peçinin borusunun külək nəticəsində üstünün açılması və təbii qazın içəri daxil olması nəticəsində baş verdiyi ehtimal edilir.

Siyəzən rayon prokurorluğunda araşdırma gedir.

 

/Bizim.media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!