Azərbaycanda dönərin qiyməti bahalaşa bilər -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dönərin qiyməti bahalaşa bilər - SƏBƏB

Sosial

25 Oktyabr 2024 11:44 429


Dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlanıb.

Yenisabah.az xəbərverir ki, aktı Qida Təhlükəsizliyi Agentliyi hazırlayıb.

Məqsəd yüksəkriskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunması, eyni zamanda bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə təqdim olunub. pizza sifarişi

Yeni qaydalarda çiy dönər ətinin emalına dair ümumi gigiyena tələbləri ilə yanaşı, xüsusi tələblər də öz əksini tapıb.

Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri İradə Hüseynli bildirib ki, çiy dönərin hazırlanmasında istifadə olunan ətlərlə bağlı da yeni tələblər hazırlanıb.

İqtisadçı Xalid Kərimli "Xəzər Xəbər"ə bildirib ki, dönərlə bağlı yeni standartların müəyyənləşdiriləsi öz növbəsində dönərin də qiymətinə təsir göstərəcək.

Vətəndaşların dönərin keyfiyyəti ilə bağlı fikirləri isə birmənalı deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!