Azərbaycanda dövlət qurumunun 21 əməkdaşı işdən çıxarıldı   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dövlət qurumunun 21 əməkdaşı işdən çıxarıldı - RƏSMİ

Sosial

18 Sentyabr 2020 18:32 2262


Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 21 əməkdaşı tutduğu vəzifədən azad edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov məlumat verib. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində bu haqda danışıb:

“2020-ci ildə Meşələrin İnkişafı Xidmətində 21 nəfər vəzifə funksiyalarını yerinə yetirə bilmədiyi üçün işindən kənarlaşdırılıb. Onlar direktor, meşəbəyi, meşəbəyi köməkçisi vəzifələrini yerinə yetirən şəxslərdir”. pizza sifarişi

Xidmət rəisi bildirib ki, 221 iş hüquq mühafizə orqanlarına göndərilib:

“Meşələrin çəpərlənməsinin böyük faydası var. Bu çəpərlənmə nəticəsində meşələrdə yeni pöhrələr artıb, canlanma var. Yeni pöhrələrin mal-heyvan tərəfindən yeyilməsi, əzilməsi meşələrin təbii bərpasına ziyan vurur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!