2023-cü ilin yanvar-avqust ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 5 ton 804 kq 558,512 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 235 milyon 195 min AZN kimi qiymətləndirilir.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məlumatında deyilir.
Təhlil göstərir ki, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 158, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 55, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 237, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 9 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 309 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 394 kq 118,472 qr artıb.
O cümlədən, digər növ cinayət faktların sayı 42, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 92, qrup halında olan cinayətlərin sayı isə 45 fakt azalıb.
Telegram kanalımız