Azərbaycanda həbs edilmiş şəxs Rusiyaya ekstradisiya olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda həbs edilmiş şəxs Rusiyaya ekstradisiya olundu

Kriminal

09 Avqust 2023 16:10 2035


Beynəlxalq axtarışda olan, Azərbaycanda həbs edilmiş şəxs Rusiyaya ekstradisiya edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.

Rusiyada rüşvət alma cinayətini törətməkdə təqsirləndirilərək barəsində dövlətlərarası axtarış elan edilmiş, həmin ölkənin vətəndaşı 1978-ci il təvəllüdlü Taukin Daniil Pavloviçin verilməsinə dair Rusiya Federasiyasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Toyuqlu pizza

D.P.Taukin cari ilin aprel ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib və D.P.Taukin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyanın səlahiyyətli orqanlarına təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!