Azərbaycanda iki yeni nazir təyin edildi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda iki yeni nazir təyin edildi 

Sosial

31 May 2024 11:44 5255


Naxçıvan Muxtar Respublikasında iki yeni nazir təyin edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qərar imzalayıb. 

Qərara əsasən, Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təsdiq edilib. O, buna qədər Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi.  pizza

Qeyd edək ki, 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu daha əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. 

Digər qərarla səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov nazir vəzifəsinə təsdiq edilib. 1987-ci ildə Naxçıvan şəhərində anadan olan Samiq Sadıxov əvvəllər “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsində çalışırdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!