Azərbaycanda kişi qonşusunu güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kişi qonşusunu güllələdi

Kriminal

22 Aprel 2023 21:07 1175


Bərdə sakini qonşusunu tüfənglə yaralayıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a bildirilib ki, bu gün saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.

E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.  Toyuqlu pizza

R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb. 

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!