Azərbaycanda koronavirusa 3086 nəfər yoluxdu   - 43 nəfər vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusa 3086 nəfər yoluxdu - 43 nəfər vəfat etdi

Sosial

07 Dekabr 2020 18:04 729


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 086 yeni yoluxma faktı qeydə alınıb, 1 781 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 149 765 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 90 278 nəfər müalicə olunaraq sağalıb, 1 675 nəfər vəfat edib, aktiv xəstə sayı 57 812 nəfərdir. Dominos pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 190, ötən müddət ərzində isə ümumilikdə 1 847 191 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!