Azərbaycanda lüks avtomobilləri yandıran şəxs saxlanıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda lüks avtomobilləri yandıran şəxs saxlanıldı - Video

Kriminal

12 Aprel 2023 09:05 1275


Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində BMW və Porsche markalı minik avtomobillərin yanması ilə bağlı məlumat daxil olub.

Bu barədə “Yeni Sabah”a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

"Dərhal Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib. YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb xəsarət alan olmayıb. pizza

Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə E.Qasımov bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!