Azərbaycanda məhkəmə sədrinin oğlu həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məhkəmə sədrinin oğlu həbs olundu

Kriminal

16 Yanvar 2024 08:11 19062


Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin oğlu Məzahir Quliyev həbs edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda qeyd olunur. Məlumata görə, məhkəmə sədrinin oğlu Məzahir Quliyev dələduzluqda günahlandırılır.

Onun barəsində istintaq orqanının təqdimatı ilə həbs-qətimkan tədbirinin seçildiyi deyilir. pizza mizza

Məlumata görə, məhkəmə sədrinin oğlunun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə səbəb ikinci dəfə eyni cinayətdə təqsirli bilinməsidir.

Belə ki, Məzahir Quliyev bundan əvvəl dələduzluq əməlinə görə şərti cəza alıb.

Qeyd edək ki, İlqar Quliyev “Tərtər İşi” çərçivəsində qanunsuz ittihamlarla həbs edilən çoxsaylı hərbçilərə hökm çıxarıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Yaqut
    Ata, məhkəmə hakimi Azərbaycan qanunları ilə haqsız, ədalətsiz höküm çıxardanda oğul da dələduz olar. Ədaləti hakimlərdən, məmurlardan yox, ədaləti Allahdan gözləyək. Allah görür, qiymətin verir və rusvay eyləyir.
    2 years ago