Azərbaycanda məmurdan inanılmaz fırıldaq -   Vəfat etmiş 11 şəxsi...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məmurdan inanılmaz fırıldaq - Vəfat etmiş 11 şəxsi...

Kriminal

13 Dekabr 2024 14:01 1005


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin Maliyyə uçotu sektorunun mühasib-məsləhətçisinə cinayət işi açılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, məmur barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (Vəzifə saxtakarlığı) maddələri ilə iş başlanılıb.

Müəyyən edilib ki, qurumun mühasibi Gəncədə vəfat etmiş 11 nəfərin məlumatlarını saxtalaşdırıb. O, həmin şəxsləri sağ kimi göstərərək onların bütün pensiya məbləğlərini bir neçə il ərzində öz yaxınlarının adlarına olan kartlara köçürüb. Bu yolla məmur dövlət büdcəsindən 162 min manat pulu gizli şəkildə mənimsəyib. Dördpendirli pizza

Onun 2006-cı ildən etibarən bu əməllərlə məşğul olması bilinib.

Faktla bağlı açılmış cinayət işinin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!