Azərbaycanda polis bu şəxsi axtarır - Arvadının qulağını kəsib qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda polis bu şəxsi axtarır - Arvadının qulağını kəsib qaçdı

Kriminal

14 Fevral 2025 11:23 316


Göygöl rayon Polis Şöbəsinə rayon sakini G. Allahverdiyevanın kəsici-deşici alətlə qulaq nahiyəsindən dərəcəsi təyin edilməyən xəsarət alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Yenisabah.az-a bildirib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir: "Hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərçəkənin qulağını kəsməyib. Münaqişə nəticəsində qulaq nahiyəsinə xəsarət yetirib. Faktla bağlı əlavə məlumat veriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!