Azərbaycanda polislə narkotacir qardaşlar arasında silahlı insident

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda polislə narkotacir qardaşlar arasında silahlı insident

Kriminal

03 Mart 2023 08:52 1101


Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Astara rayonu ərazisində keçirdikləri tədbir zamanın Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib, xidməti avtomobillərə zərər yetiriblər. Marqarita pizza

Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb.

Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!