Azərbaycanda prezident seçkisi günüdür

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda prezident seçkisi günüdür

Siyasət

07 Fevral 2024 00:08 583


Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Yenisabah.az xatırladır ki, seçkidə yeddi prezidentliyə namizəd mübarizə aparır.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: pizza hut

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Qeyd edək ki, Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var.

Bildirək ki, xarici ölkələrdə olan vətəndaşların səsverməsi üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!