Azərbaycanda professor məhkəmə zalında həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda professor məhkəmə zalında həbs edildi

Kriminal

19 Dekabr 2023 13:03 1945


Azərbaycan Milli Elmlər Akademiyasının professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Novruz oğlu Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib. 

Hökmə əsasən, təqsirləndirilən Rövşən Vəliyev 6 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.  Dominos pizza

Ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. 

Qeyd edək ki, ittihama görə R.Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib. 

Xatırladaq ki, Rövşən Vəliyev 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunmuşdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!